"Barselona"nın baş məşqçisi istefaya göndərilir?

26-12-2020, 05:39           
"Barselona"nın baş məşqçisi istefaya göndərilir?
İspaniyanın "Barselona" klubu baş məşqçisi Ronald Kumanla yollarını ayıra bilər.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, niderlandlı mütəxəssisi Fransa təmsilçisi PSJ ilə yenicə vidalaşan Tomas Tuxelin əvəzləyəcəyi gözlənilir.

İddiaya görə, hər şey Kataloniya təmsilçisinin qarşıdakı oyunlarda qazanacağı nəticələrdən asılı olacaq. Həmçinin burada kluba yeni prezident seçkilərinin nəticəsi də rol oynayacaq.

Qeyd edək ki, İspaniya La Liqasında 14 oyundan sonra 24 xalı olan "Barselona" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru