Məşhur mütəxəssis "Spartak"ın baş məşqçisi ola bilər

26-12-2020, 04:42           
Məşhur mütəxəssis "Spartak"ın baş məşqçisi ola bilər
İngiltərə "Liverpul"unun baş məşqçisi Rafael Benites Domeniko Tedesko ilə yollarını ayırmağa hazırlaşan Rusiyanın "Spartak" (Moskva) klubunun sükanı arxasına keçə bilər.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Nikolo Skira tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, Moskva təmsilçisi ispaniyalı mütəxəssislə yanaşı, "Monako"ya rəhbərlik edən Leonardu Jardimin də namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, Rafael Benites hazırda Çinin "Dalyan Lifan" komandasının baş məşqçisidir. O, daha əvvəl "Liverpul"dan başqa, İspaniyanın "Real Madrid" və İngiltərənin "Çelsi" klublarına da rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru