Neymarın gizli planı ifşa oldu 28-12-2020, 08:47 Neymarın həftəsonu ölkəsində təşkil edəcəyi gizli qonaqlıq planı üzə çıxıb.Teref.Az goal.az-a istinadən xəbər verir ki, PSJ-nin ulduzu bu səbəblə təxminən 500 nəfəri Rio-de-Janeyrodakı malikanəyə dəvət edib.Əldə olunan məlumata görə, 28 yaşlı futbolçu 5 gün davam edəcək mərasimdə görüntülərin yayılmaması üçün mobil telefonlardan istifadəni qadağan edib.Qeyd edək ki, 190 mindən çox insanın koronavirusdan həyatını itirdiyi Braziliyada Neymarın bu planı çox tənqid olunub. Facebook-da paylaş