Teymur Rəcəbov 1/4 finala vəsiqə qazandı

29-12-2020, 00:21           
Teymur Rəcəbov 1/4 finala vəsiqə qazandı
Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın üçüncü günündə 3 qarşılaşma keçirib.

Publika.az xəbər verir ki, Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Pentala Harikrişna (Hindistan) ilə üz-üzə gələn Rəcəbov bütün görüşləri heç-heçə ilə başa vurub.

Xal hesabını 6-ya çatdıran 33 yaşlı şahmatçı ilkin mərhələdə 5-ci pilləni tutaraq, 1/4 finala vəsiqə qazanıb. .

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru