Messi və Suares yenidən eyni klubda oynaya bilərlər

29-12-2020, 07:56           
Messi və Suares yenidən eyni klubda oynaya bilərlər
"Barselona"nın 33 yaşlı argentinalı kapitanı Lionel Messi və "Atletiko"nun uruqvaylı hücumçusu Luis Suares karyeralarını yenidən bir klubda davam etdirə bilərlər.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, argentinalı və uruqvaylı MLS "İnter Mayami" klubunda yenidən bir araya gəlmə şansına malikdirlər. Bu klubun sahiblərindən biri İngiltərə yığmasının, "Mançester Yunayted"in və "Real"ın sabiq futbolçusu Devid Bekhemdir. Ancaq bu, 2022-ci ildən tez olmayacaq.

Lionel Messi "Barselona"da cari mövsümdə bütün yarışlarda 18 görüş keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2021-ci ilə qədər nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru