Ronaldu Levandovskiyə görə “İlin futbolçusu” mükafatından könüllü imtina etdi

29-12-2020, 09:59           
Ronaldu Levandovskiyə görə “İlin futbolçusu” mükafatından könüllü imtina etdi
“Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldu “Globe Soccer Fan”ın ona təqdim olunan “İlin futbolçusu” mükafatından imtina edib.

Bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

Mənbə yazır ki, portuqaliyalı ulduz “Bavariya”nın futbolçusu Robert Levandovskinin bu mükafata daha layiq olduğunu əsas gətirərək ondan imtina etmək qərarına gəlib.

Qeyd olunur ki, K.Ronaldu sözügedən qərarı verməmişdən əvvəl agenti Xorxe Mendeslə də məsləhətləşib, polşalı futbolçunun mövsümdə qazandığı uğurları nəzərə alaraq, onun bu mükafatı əldə etməyə daha çox layiq olduğu qənaətinə gəlib.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru