Teymur Rəcəbov rusiyalı şahmatçıya qalib gəldi

1-01-2021, 10:06           
Teymur Rəcəbov rusiyalı şahmatçıya qalib gəldi
“Champions Chess Tour” çərçivəsində təşkil edilən onlayn “Airthings Masters” turnirində yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

KONKRET.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubovla ilk qarşılaşmasını qələbə ilə başa vurub. Şahmatçımız Rusiya təmsilçisini 3:1 hesabla məğlub edib.

Qeyd edək ki, şahmatçımız yarışın dörddəbir final mərhələsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini məğlub edərək yarımfinala yüksəlib.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru