Teymur Rəcəbov beynəlxalq turnirin finalında: Rəqib Aronyan olacaq

2-01-2021, 00:00           
Teymur Rəcəbov beynəlxalq turnirin finalında: Rəqib Aronyan olacaq
Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində yarımfinal mərhələsi davam edir.

Oxu.Az xəbər verir ki, bu gün mərhələnin ikinci oyunları keçirilib.

Ötən gün ilk oyunda rusiyalı qrossmeyster Daniil Dubova 3:1 hesabı ilə qalib gələn təmsilçimiz Teymur Rəcəbov bugünkü qarşılaşmada da qələbəyə sevinib.

Dörd partiyadan ibarət olan matçın ilk iki partiyasında Rəcəbov qələbə qazandığından son iki oyuna ehtiyac qalmayıb.

Bununla da rəqibini 2:0 hesabı ilə məğlub edən qrossmeysterimiz finala adlayıb.

Həlledici mərhələdə onun rəqibi fransalı Maksim Vaşe Laqrevə hər iki matçda qalib gələn (3:1, 2:1) Ermənistan şahmatçısı Levon Aronyan olacaq.

Qeyd edək ki, turnir yanvarın 3-də yekunlaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru