Tomas Bax: Pekin və Tokio olimpiya yarışlarına hazırdır

2-01-2021, 07:53           
Tomas Bax: Pekin və Tokio olimpiya yarışlarına hazırdır
Pekinda idman obyektləri 2022-ci ilin Olimpiya oyunlarının keçirilməsinə hazırdır.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəhbəri Tomas Bax deyib.

"Biz artıq bu ilin əvvəlində Pekində qış Olimpiya oyunlarına hazırlığa başlamalıyıq. Çin partnyorlarımızın sədaqətini və qətiyyətini görürük, bütün olimpiya obyektləri artıq dünyanın ən yaxşı idmançıları üçün hazırdır", - Bax əlavə edib.

IOC rəhbəri həmçinin Tokionun da 2021-ci il yay Oyunlarının keçirilməsinə hazırlığını qeyd edib: "Tokio əvvəlki kimi bütün tarix boyu ən yaxşı hazırlıqlı olimpiya şəhəri olaraq qalır. Biz yalnız böyük sədaqətinə və qətiyyətinə görə yapon partnyorlarımıza və dostlara təşəkkür edə bilərik".

Tokioda yay Olimpiya oyunları bu ilin 23 iyul - 8 avqust tarixlərində keçiriləcək. Pekində isə qış Olimpiadasının təşkili 2022-ci il fevralın 4-dən 20-dək planlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru