“Real” La Liqada lider olub

3-01-2021, 05:55           
“Real” La Liqada lider olub
İspaniya La Liqasında XVII tur start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 4 matç keçirilib.

“Real” “Selta”nı qəbul edib. İki cavabsız qol vuran Madrid təmsilçisi liderliyi ələ keçirib.

Sevilya derbisində qollu heç-heçə qeydə alınıb. “Betis”lə qarşılaşmadakı xal itkisi “Sevilya”nı liderlərdən daha da uzaqlaşdırıb.

“Vilyarreal” üç qolun vurulduğu görüşdə “Levante”ni məğlubiyyətə uğradıb. “Xetafe” öz meydanında “Valyadolid”ə uduzub.

Qeyd edək ki, tura yanvarın 4-də yekun vurulacaq.

İspaniya La Liqası
XVII tur
2 yanvar
“Vilyarreal” – “Levante” – 2:1
Ninyo, 19, Moreno, 64 – Leon, 73
“Betis” – “Sevilya” – 1:1
Kanales, 53 (pen.) – Suso, 48
“Xetafe” – “Valyadolid” – 0:1
Veysman, 37
“Real” – “Selta” – 2:0
Vaskes, 6, Asensio, 53












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru