"Qalatasaray" liderliyi əldən verdi

3-01-2021, 05:01           
"Qalatasaray" liderliyi əldən verdi
Yanvarın 3-də futbol üzrə Türkiyə çempionatının XVI turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Antalyaspor”u qəbul edib.

Axar.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qapılar toxunulmaz qalıb - 0:0.

Günün digər matçlarında isə "Alanyaspor" doğma meydanda "Başakşəhər"in qapısından üç cavabsız qol keçirib. "Ankaragücü"də öz meydanında "Yeni Malatyaspor"u 3:1 hesabı ilə üstələyib. "Konyaspor" səfərdə "Hatayspor"a 1:2 hesabı ilə uduzub. "Ərzurumspor" - "Qaziantep" görüşündə 1:1, "Sivasspor" - "Dənizlispor" qarşılaşmasında isə 2:2 hesablı heç-heçə qeydə alınıb.

Hazırda Türkiyə Superliqasına 30 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala malik olan "Qalatasaray" ikinci, 28 xal toplayan "Qaziantep" klubu isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru