Aronyana qalib gələn Rəcəbov “Airthings Masters”in çempionu olub

3-01-2021, 21:47           
Aronyana qalib gələn Rəcəbov “Airthings Masters”in çempionu olub
Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov yarışın qalibi adını qazanıb.

34 yaşlı şahmatçı finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. İlk görüşdə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən həmyerlimiz bu gün ikinci dueldə də rəqibinə gücünü göstərib. Rəcəbov 3 görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ikinci qələbəni əldə edərək (2:1) çempion tituluna yiyələnib. 4-cü görüşün heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb.

Teymur bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub.

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru