Teymur Rəcəbov Aronyana qalib gəldikdən sonra kövrəldi - Video

4-01-2021, 00:02           
Teymur Rəcəbov Aronyana qalib gəldikdən sonra kövrəldi - Video
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour”un rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyan üzərində qələbə qazandıqdan sonra göz yaşlarına hakim ola bilməyib.

Yenisabah.az xəbər verir ki, rəqibini məğlub etdikdən sonra 33 yaşlı qrossmeyster sevincindən kövrəlib. Daha sonra o, kompüterinin ekranı önünü tərk edib.

Qeyd edək ki, final mərhələsi iki günü əhatə edib. Birinci günü 2,5:1,5 hesablı qələbə ilə bitirən Teymur Rəcəbov ikinci gündə də qalib gəlib - 2:1. Beləliklə, Rəcəbov turnirin qalibi və 60 000 ABŞ dolları məbləğində mükafatın sahibi olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru