“Atletiko” və “Barselona” minimalhesablı qələbə qazanıb

4-01-2021, 05:05           
“Atletiko” və “Barselona” minimalhesablı qələbə qazanıb
İspaniya La Liqasında XVII turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 5 oyun keçirilib.

“Alaves”in qonağı olan “Atletiko” Luis Suaresin son dəqiqə qolu sayəsində qələbə qazanaraq, liderliyini qoruyub.

“Real Sosyedad” öz meydanında təhlükəli zonada qərarlaşan “Osasuna”nın müqavimətini qıra bilməyib.

Autsayder “Ueska”nın qonağı olan “Barselona” isə 3 xalı 1 qolla əldə edib.

Tura yanvarın 4-də keçiriləcək “Valensiya” – “Kadiz” (00:00) oyunu ilə yekun vurulacaq.

İspaniya La Liqası
XVII tur
3 yanvar
“Atletik” – “Elçe” – 1:0
Muniain, 25
“Alaves” – “Atletiko” – 1:2
Felipe, 84 – Lyorente, 41, Luis Suares, 90
“Real Sosyedad” – “Osasuna” – 1:1
Muquruza, 46 – Kalyeri, 20
“Eybar” – “Qranada” – 2:0
Gil, 55, 76
“Ueska” – “Barselona” – 0:1
De Yonq, 27












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru