Rəcəbov Çempion Turunun final mərhələsinə vəsiqə qazandı

4-01-2021, 08:59           
Rəcəbov Çempion Turunun final mərhələsinə vəsiqə qazandı
Azərbaycan şahmatçısı Teymur Rəcəbov sentyabrda ABŞ-ın San-Fransisko şəhərində keçiriləcək Çempionlar Turunun final mərhələsinə vəsiqə qazanıb.

Open.az-ın məlumatına görə, turnirin baş sponsoru Norveçin "Meltwater" şirkəti elan olunub. Şirkətin təsisçisi və icraçı direktoru Yorn Lüssegen belə bir yarışı səfər imkanlarından asılı olaraq, təşkil edəcəyini bildirib.

Çempionlar Turunun ilk mərhələsi 2020-ci ilin noyabrında keçirilib. Teymur Rəcəbov "Airthings Masters" adlı ikinci mərhələnin qalibi olaraq, 60 min ABŞ dollarına yiyələnib. Yarış ümumilikdə 10 mərhələdən ibarətdir. "Skilling Open" adlı ilk mərhələ norveçli dünya çempionu Maqnus Karlsenin qələbəsi ilə yekunlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru