Teymur qəhrəmandır - Niderlandlı şahmatçı

5-01-2021, 07:53           
Teymur qəhrəmandır - Niderlandlı şahmatçı
Teymur Rəcəbov ilə Levon Aronyanın qarşılaşmasını maraqla izlədim.

Axar.az xəbər verir ki, Niderland şahmatçısı Aniş Giri bu sözləri Teymur Rəcəbovun “Champions Chess Tour” çərçivəsində keçirilən rapid üzrə onlayn “Airthings Masters” turnirində qələbəsi barədə danışarkən bildirib.

Şahmatçı qeyd edib ki, Teymur üçün həmin gün çox gözəl bir gün idi və o, bu qələbə ilə Şahmat Çempionlar Turunun finalında oynamaq hüququ qazandı. T.Rəcəbovu təbrik edən niderlandlı şahmatçı bu qələbənin səylə çalışmağın nəticəsi olduğunu vurğulayıb. Şahmatçı belə bir oyun üçün təşəkkürünü bildirərək Teymuru qəhrəman adlandırıb: “Teymur turnirdə emosiyalarını nümayiş etdirmədi. Təşəkkürlər, qəhrəman”.

Xatırladaq ki, turnirdə iştirak edən Aniş Giri seçmə mərhələdə mübarizəsini dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru