“Milan” mövsümdə ilk dəfə məğlub oldu

7-01-2021, 06:44           
“Milan” mövsümdə ilk dəfə məğlub oldu
İtaliya A seriyasında XVI turun oyunları keçirilib.

Teref.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Məhsuldar keçən turda “Parma”dan başqa bütün komandalar qol sevinci yaşayıb. Günün mərkəzi oyununda son çempion “Yuventus” lider “Milan”ın qonağı olub. Turin təmsilçisi səfər qələbəsi qazanaraq liderlə xal fərqini azaldıb. Bu matçadək məğlubiyyətsiz irəliləyən meydan sahibləri mövsümdə ilk dəfə uduzub.

Digər Milan təmsilçisi “İnter” “Sampdoriya”ya məğlub olub. İkinci pillədə qərarlaşan “neradzurra” xal qazana bilməsə də, mövqeyini qoruyub.

Üst sıralarda qərarlaşan komandalardan “Atalanta” “Parma”nı darmadağın edib. “Sassuolo” isə “Cenoa”dan güclü olub. “Napoli” gözlənilmədən evdə “Speziya”ya uduzub.

Qeyd edək ki, növbəti turun oyunları yanvarın 9-11-də keçiriləcək.

İtaliya A seriyası

XVI tur

6 yanvar

“Kalyari” – “Benevento” – 1:2

Pedro, 20 – Sau, 41, Tuya, 41

“Bolonya” – “Udineze” – 2:2

Tomiyasu, 19, Svanberq, 40 – Pereyra, 34, Arslan, 90+4

“Krotone” – “Roma” – 1:3

Qolemiç, 71 - Mayoral, 8, 29, Mxitaryan, 35 (pen.)

“Latsio” – “Fiorentina” – 2:1

Kaysedo, 6, İmmobile, 75 – Vlahoviç, 88 (pen.)

“Sampdoriya” – “İnter” – 2:1

Kandreva, 23 (pen.), Balde, 38 – De Vriy, 65

“Sassuolo” – “Cenoa” – 2:1

Boqa, 52, Raspadori, 83 – Şomurodov, 64

“Torino” – “Verona” – 1:1

Bremer, 84 – Dimarko, 67

“Atalanta” – “Parma” – 3:0

Muriel, 15, Zapata, 49, Qosens, 61

“Napoli” – “Speziya” – 1:2

Petanya, 58 – Nzola, 68 (pen.), Pobeqa, 81

“Milan” “Yuventus” – 1:3

Kalabriya, 41 - Kyeza, 18, 62, Makkenni, 76

/Apasport












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru