"Liverpul"dan Türkiyə millisinə 104 milyonluq təklif

7-01-2021, 10:26           
"Liverpul"dan Türkiyə millisinə 104 milyonluq təklif
İngiltərə Premyer Liqasının lideri "Liverpul" Türkiyə millisinin üzvü Merih Demiralı transfer etmək istəyir.

Fanat.Az xəbər verir ki, "qırmızılar" 22 yaşlı futbolçunun keçidini həll etmək üçün hərəkətə keçib.

İtaliya mediasının məlumatına görə, Vircil van Diyk və Co Qomesin zədələnməsindən sonra mərkəz müdafiəçisi axtarışında olan "Liverpul" türk futbolçu üçün "Yuventus"a 45 milyon funt-sterlinq (təxminən 104 milyon manat) təklif edir.

Qeyd edək ki, Merih Demiral "Yuventus"a 2019-cu ilin yayında "Sassuolo"dan 18 milyon avroya transfer olunub. Bir müddətdi zədəli olan gənc futbolçu 9 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru