Əfsanə 39 yaşında İtaliya klubuna transfer olundu - Oğlu ilə komanda yoldaşı oldu

9-01-2021, 10:52           
Əfsanə 39 yaşında İtaliya klubuna transfer olundu - Oğlu ilə komanda yoldaşı oldu
Braziliyanın məşhur futbolçularından olan 39 yaşlı Maykon İtaliyaya transfer olunub.

Fanat.Az xəbər verir ki, tam adı Maykon Duqlas Sisenando olan futbolçu Braziliyanın "Villa Nova" klubundan İtaliyanın 4-cü liqa təmsilçisi "Sona Kalsio"ya keçib. Bununla da o, 15 yaşlı oğlu Felipe ilə komanda yoldaşı olub.

Transferi rəsmiləşəndən sonra açıqlama verən Maykon "Oğlumla İtaliyaya döndüyüm üçün xoşbəxtəm. Bir futbolçu olaraq yeni məcəraya başlayacağım üçün həyacanlanıram" deyib.

Qeyd edək ki, 2001-ci ildə vətənində "Kruzeyro" klubundan peşəkar karyerasına başlayan Maykon indiyədək Fransada "Monako", İtaliyada "İnter", "Roma", İngiltərədə "Mançester Siti", Braziliyada "Avay", "Krikiuma" və "Villa Nova" klublarında çıxış edib.

Sağ cinah müdafiəçisi "Kruzeyro" ilə Braziliya çempionluğunu və kubokunu, "İnter"lə İtaliya çempionluğunu (4 dəfə), kubokunu (2), Super Kubokunu (3), Çempionlar Liqasını (1) və klublararası dünya çempionluğunu (1) qazanıb.

2003-2014-cü illərdə 76 dəfə Braziliya millisinin formasını geyinən futbolçu 7 qola imza atıb. Maykon millinin heyətində 2 dəfə Amerika Kubokunun, 2 dəfə FIFA Konfederasiyalar Kubokunun qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru