"Qalatasaray"dan qol şousu: Darmadağınla qalib gəldi
10-01-2021, 03:43
Türkiyə Superliqasında 18-ci tura start verilib.
Axar.az xəbər verir ki, bu gün 4 matç keçirilib. "Qaziantep" “Sivasspor”a 2:1, "Antalyaspor" "Göztəpə"yə 1:0, "Kayserispor" "Yeni Malatyaspor"a 1:0 qalib gəlib. Günün digər matçında isə "Qalatasaray" "Gənclərbirliyi"ni darmadağın edib - 6-0.
Qeyd edək ki, turun digər oyunları 10-11 yanvarda keçiriləcək.