A seriyasında liderin izləyiciləri heç-heçə oynayıb, “Yuventus” qələbə qazanıb

11-01-2021, 05:51           
A seriyasında liderin izləyiciləri heç-heçə oynayıb, “Yuventus” qələbə qazanıb
İtaliya A seriyasında XVII tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 6 oyun baş tutub.

Son çempion “Yuventus” “Sassuolo” ilə qarşılaşıb. Turin təmsilçisi ev oyununda qələbəyə sevinib.

Liderin iki ən yaxın izləyicisi “İnter”lə “Roma” məhsuldar heç-heçə edib. Yuxarı pillələrdə qərarlaşan klublardan “Napoli” “Udineze”ni, “Latsio” “Parma”nı məğlubiyyətə uğradıb.

Qeyd edək ki, tura yanvarın 11-də yekun vurulacaq.

İtaliya A seriyası
XVII tur
10 yanvar
“Roma” – “İnter” – 2:2
Pelleqrini, 17, Mançini, 86 – Şkrinyar, 56, Hakimi, 63
“Verona” – “Krotone” – 2:1
Kaliniç, 16, Dimarko, 25 – Messias, 55
“Parma” – “Latsio” – 0:2
Alberto, 55, Kaysedo, 67
“Udineze” – “Napoli” – 1:2
Lasanya, 27 – İnsinye, 15 (pen.), Bakayoko, 90
“Fiorentina” – “Kalyari” – 1:0
Vlahoviç, 72
“Yuventus” – “Sassuolo” – 3:1
Danilo, 50, Remsi, 82, Ronaldo, 90+2 – Defrel, 58












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru