"Rusiya futbolu çirkabdır, futbol adı altında pulları "yuyurlar" - Qapıçı

26-01-2021, 14:15           
"Rusiya futbolu çirkabdır, futbol adı altında pulları "yuyurlar" - Qapıçı
"Alaniya"nın qapıçısı Rusiya futbolunun iç üzünü açıb.

Offsideplus.az xəbər verir ki, Rostislav Soldatenko sports.ru saytına müsahibəsində ölkə futbolu ilə bağlı çarpıcı açıqlamalar verib. Hətta söylədiklərinə görə məsuliyyətə cəlb oluna bilər: "Rusiya futbolu çirkabdır. Pulgir agentlər, ac məşqçilər, ikiüzlü insanlar - indi onların dövranıdır. Komandaya yeni futbolçu gəlir, arxasında xüsusi adamlar dayanıb: "oynamalıdır, vəssalam". Çünki məşqçinin haqqı çoxdan çatıb. Kim güclüdürsə, əziyyət çəkməlidir. Futbol bizimkilər üçün acı biznesə çevrilib. Adını futbol qoyublar, futbol adı altında pulları "yuyurlar".

Qeyd edək ki, 23 yaşlı qapıçı "Alaniya"ya gələnə qədər 3 fərqli komandanın heyətində cəmi 8 oyunda meydana çıxıb. "Alaniya"da isə sevilən futbolçulardandır, 45 oyunda şans qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru