Ronaldo bundan narahatdır – Nurməhəmmədov

4-03-2021, 08:22           
Ronaldo bundan narahatdır – Nurməhəmmədov
Kristiano Ronaldonun nədən narahat olduğunu bilirəm.

Axar.az xəbər verir ki, bunu UFC üzrə yüngül çəkidə çempion Həbib Nurməhəmmədov deyib.

“Motivasiyanı necə ələ almaqla bağlı Kristiano ilə bir müzakirə var idi. O, oğlunun onu keçməsini istədiyini deyirdi. Amma o, narahat idi ki, oğlu bunu edə bilməyəcək. Oğlunun yaşında olanda Kristiano arzulayırdı ki, bir butsu olsun. Amma indi onun oğlunun hər şeyi var”, - Nurməhəmmədov deyib.

Nurməhəmmədovun sözlərinə görə, Ronaldo qorxur ki, oğlu qələbələrə ac olmayacaq:

“Kristiano məni nümunə göstərəndə təəccüblənmədim, amma xoşuma gəldi. Başa düşdüm ki, belə bir insan heç vaxt bir neçə titulla razılaşa bilməz. Fikrimcə, o, daha 2-3 mövsum bombardman edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru