Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov "səkkizliy"ə düşə bilməyib

16-03-2021, 07:00           
Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov "səkkizliy"ə düşə bilməyib
Onlayn şahmat üzrə Çempionlar turunun 4-cü mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, dairəvi sistemlə keçirilən ilk mərhələyə son 5 turun qarşılaşmaları ilə yekun vurulub.

Yarışın 3-cü günündən sonra 1/4 finala yüksələn 8 şahmatçı bəlli olub. Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mərhələdəki son 5 oyununu keçirib. Şahmatçılarımız öz aralarında da münasibətlərini ayırd edib. XIII turun görüşündə qalib müəyyənləşməyib.

ƏTRAFLI
Endirim Saatları
Teymur və Şəhriyar hərəsi günü 2,5 xalla tamamlayıb. Yekunda Rəcəbov 7 xal toplayıbsa, Məmmədyarov 6,5 xalla kifayətlənib. Bu, onların “səkkizlik”dən kənar qalması və 4-cü mərhələ ilə vidalaşması ilə yekunlaşıb.

15 mart
XI tur
Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya) - 0:1
David Anton (İspaniya) - Teymur Rəcəbov - 0:1

XII tur
Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov - 0:1
Teymur Rəcəbov - Nils Qrandelius (İsveç) - 0,5:0,5

XIII tur
Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov - 0,5:0,5

XIV tur
Alan Pişo (Argentina) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Teymur Rəcəbov - Yan Nepomnyaşi (Rusiya) - 0,5:0,5

XV tur
Şəhriyar Məmmədyarov - Uesli So (ABŞ) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Teymur Rəcəbov - 0:1

1-ci mərhələnin turnir cədvəli: 1. Maqnus Karlsen (Norveç) – 10,5 xal, 2. Aniş Giri (Niderland) – 10, 3. Uesli So (ABŞ) – 9,5, ...11. Teymur Rəcəbov (Azərbaycan) – 7, 12. Şəhriyar Məmmədyarov (Azərbaycan) – 6,5












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru