Suares “Atletiko”dan ayrılır

12-04-2021, 00:06           
Suares “Atletiko”dan ayrılır
“Atletiko”nun hücumçusu Luis Suares mövsümün sonunda İngiltərəyə qayıda bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Uruqvay millisinin üzvü sabiq klubu “Liverpul”un maraq dairəsindədir.

34 yaşlı forvardın Madrid klubunda baş məşqçi Dieqo Simeone ilə yola getmədiyi vurğulanır. Suaresin argentinalı mütəxəssisin qurduğu taktiki sistemdən narazılıq bildirməsi tərəflər arasında mübahisəyə yol açıb. Bu üzdən onun “Liverpul”a dönməsi istisna edilmir.

Qeyd edək ki, “Atletiko”ya ötən ilin yayında “Barselona”dan keçən Luis Suaresin müqavilə müddəti gələn ilin yayına qədərdir. O, daha öncə “Liverpul”da parlaq dönəm keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru