Rayan Giqqzin məhkəməsi keçirilib

29-04-2021, 07:57           
Rayan Giqqzin məhkəməsi keçirilib
Futbol üzrə Uels millisinin baş məşqçisi vəzifəsindən kənarlaşdırılan “Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqqz məhkəmə qarşısına çıxıb.

“Sky Sports” xəbər verir ki, məhkəmədə mütəxəssisə qadına qarşı təhqirdən istifadə etmək, ona xəsarət yetirmək və amansız davranmaqla əlaqədar ittihamlar irəli sürülüb.

47 yaşlı R.Giqqz isə günahsız olduğunu söyləyib və ittihamları qəbul etməyib.

Növbəti məhkəmə prosesinin may ayının 26-da baş tutacaq.

Xatırladaq ki, "Mançester Yunayted”in əfsanəvi futbolçusu və Uels yığmasının baş məşqçisi Rayan Giqqz ötən ilin noyabr ayında sevgilisi Keyt Qevilə fiziki zorakılıq tətbiq etməkdə ittiham olunaraq saxlanılmışdı.

Hüquq-mühafizə orqanları tərəfindən dindirilən R.Giqqz girov pul müqabilində istintaqın sonunadək sərbəst buraxılıb.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru