PSJ-nin Ronaldo, Messi, Neymar planı

29-04-2021, 22:11           
PSJ-nin Ronaldo, Messi, Neymar planı
PSJ-nin sahibi Nasser Əl Xəlafi yeni mövsüm üçün planı ilə diqqət çəkib.

Qol.az “Sport.es”ə istinadən xəbər verir ki, klub rəhbəri futbol dünyasının üç böyük ulduzu – Kriştiano Ronaldo, Lionel Messi və Neymarı eyni komandada oynatmaq istəyir.

İtaliya mətbuatı “Yuventus”un portuqaliyalı hücumçusunun yeni mövsüm “Mançester Yunayted” və ya PSJ-də oynaya biləcəyini yazıb. Paris təmsilçisinin “Barselona”nın kapitanı L.Messiyə təklif göndərdiyi xəbərləri də mətbuatda yer alıb.

Hücumçusu Kilian Mbappe ilə yeni müqavilə imzalamaq barədə razılığa gələ bilməyən PSJ fransalı oyunçunun satışından əldə olunacaq gəlirlə bu planını həyata keçirmək istəyir.

Bildirilib ki, klubun bu planını gerçəkləşdirməsində ən böyük maneə UEFA-nın maliyyə qaydalarıdır. Hazrda heç bir klub bu üç ulduz oyunçunun maaşını ödəyə biləcək maliyyə şərtlərinə sahib deyil.

Ancaq bu mövsüm başa çatdıqdan sonra transfer bazarında yaranacaq vəziyyətə uyğun olaraq Nasser Əl Xəlafi bu planını həyata keçirə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru