Messi Çin vaksini ilə peyvənd olunacaq

30-04-2021, 06:21           
Messi Çin vaksini ilə peyvənd olunacaq
“Barselona”nın hücumçusu Lionel Messi Amerika Kuboku yarışlarında iştirak etmək üçün koronavirusa qarşı vaksinasiyadan keçəcək.

TV3 xəbər verir ki, Argentina millisinin tərkibində turnirə qatılacaq futbolçu Çin istehsalı olan vaksinlə peyvənd olunacaq. Messi üçün xüsusi olaraq hazırlanmış peyvəndin bir dozası Barselonaya gətiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Messi “Sinovac” şirkətinə üç ədəd imzalı idman köynəyini göndərərək, Cənubi Amerika futbolçuları üçün 50 min doza vaksin almağa yardımçı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru