Burak Yılmaz “Fənərbaxça” ilə anlaşıb

2-05-2021, 00:00           
Burak Yılmaz “Fənərbaxça” ilə anlaşıb
"Lill" klubunun hücumçusu Burak Yılmaz gələn mövsümdən yenidən vətəni Türkiyədə çıxış edəcək.

Bu iddia ilə yerli mətbuat çıxış edib.

Bildirilib ki, "Lill"də möhtəşəm mövsüm keçirən 35 yaşlı forvard yayda Fransanı birdəfəlik tərk edəcək. Buna səbəb kimi, Burakın "Fənərbaxça" ilə anlaşması göstərilib. Komandası ilə Fransa çempionluğuna yaxın olan Türkiyə millisinin üzvünün daha yüksək məvacib təklifi edən sabiq klubu "Fənərbaxça" ilə ortaq məxrəcə gəldiyi vurğulanıb.

Qeyd edək ki, bu mövsüm Liqa1-də 12 qola imza atan Burak Yılmazın "Lill" ilə müqavilə müddəti gələn ilin yayına qədərdir. O, 2008-09-cu illərdə "Fənərbaxça"nın formasını geyinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru