Jurnalistlər arasında şahmat turniri keçiriləcək

1-05-2021, 22:00           
Jurnalistlər arasında şahmat turniri keçiriləcək
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və Etopaz-ın baş sponsorluğu ilə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş idman jurnalistləri arasında ilk onlayn şahmat turnirinin iştirakçıları müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasının iştirakı, İdman TV, Oxu Az, Estafet Az, Media Az və inSportPress-in informasiya, Chess Az-ın isə texniki dəstəyi ilə keçiriləcək yarışda gücünü sınayacaq idman mediasının nümayəndələri bunlardır:

Samirə Allahverdiyeva (müstəqil idman jurnalisti) Aysel Adıgözəlli (Qol Az), Şəmsəddin Abbasov (CBC Sport), Siyavuş Əliyev (İdman TV), İlkin Sultanlı ("Futbol+" qəzeti), İxtiyar Əsgərov (Matc Az), Müzəffər Müzəffərli (PFL Az), İlkin Aslanov (Sportmedia Az), Sərxan Musalı (Azərbaycan Güləş Federasiyasının mətbuat katibi), Rüstəm Əfsərli (CBC Sport), Səbuhi Səfiyarlı (İdman icmalçısı), Fuad Eldarov (İdman TV), İlkin Xəlilov (ATV), Zaur Xudiyev (Oxu Az), Teymur Tuşiyev (Sputnik Az), Əli Cəfərov (CBC Sport), Ümid Süleymanov (İdman TV), Kamran Hacı (Allsport Az).

Sabah saat 12.00-da start götürəcək onlayn turnirin mükafatçılarının təltifetmə mərasimi mayın 4-ü AİJA-nın Azərbaycan Nəşriyyatında yerləşən baş ofisində olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru