Rəşad Sadıqov oyuna Türkiyə millisinin forması ilə getdi

20-06-2021, 23:43           
Rəşad Sadıqov oyuna Türkiyə millisinin forması ilə getdi
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avro-2020-nin A qrupunun 3-cü turunda bu gün Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə - Türkiyə (3:1) oyununu arenadan canlı izləyib.

Qol.az xəbər verir ki, 39 yaşlı mütəxəssis stadiona Türkiyə millisinin 14 nömrəli forması və qardaş ölkənin bayrağı ilə gedib. O, stadiondan olan şəklini öz İnstaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, R.Sadıqov futbolçu karyerasının boyük hissəsini keçirdiyi "Qarabağ" klubu və milli komandamızda da 14 nömrəli formanı geyinib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru