Avstraliyalı idmançı olimpiya rekordunu qırdı

27-07-2021, 07:49           
Avstraliyalı idmançı olimpiya rekordunu qırdı
Avstraliyalı üzgüçü Keyli Makkioun Tokio 2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, o, 100 metr məsafəyə arxası üstə üzmə növündə 57,47 saniyə nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb.

20 yaşlı idmançı bu göstərici ilə olimpiya rekordunu da qırıb. Kanadalı Kayli Mass (57,72) ikinci, ABŞ təmsilçisi Regan Smit (58,05) üçüncü olub.

Qeyd edək ki, Tokio olimpiadası avqustun 8-də başa çatacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.