İki türk rinqdə dünyaya əxlaq dərsi keçdi: İdmanda görünməmiş olay
9-03-2016, 02:48
Döyüş yarımçıq dayandırılıb. Çində qarışıq döyüşlər üzrə turnir keçirilib. Oxu.Az xəbər verir ki, yarışlardan birinin finalında 70 kq-dək çəki kateqoriyasında çıxış edən və milliyətcə qazax olan 2 idmançı üz-üzə gəlib. Onlardan biri – Aybek Qazaxıstanı, digəri – etnik qazax olan Qabit Turxanbek isə Çini təmsil edib. Döyüş başlasa da, tamaşaçılar adət etdikləri ağır əl və ayaq zərbələri əvəzinə idmançıların güləşdiklərini görüblər, inboxing.kz yazır. Nəticədə hakim döyüşü dayandıraraq, idmançılara qırmızı kart göstərib.