34 yaşlı oyunçudan maraqlı açıqlama: "Futbolda hələ isinmə hərəkətləri edirəm"

9-03-2016, 21:11           

İsveç millisinin və Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç İngiltərənin "Çelsi" klubu ilə oyundan öncə keçirilən mətbuat konfransında maraqlı açıqlamaları ilə diqqəti çəkib.

Qaynar.info xəbər verir ki, İbrahimoviç ötən mövsüm "Stemford Bric"də qırmızı vərəqə almasından, Dieqo Kostaya qarşı oynamasından danışıb.

Ona yaşının çoxluğu xatırladılıb. Zlatan isə hər zamankı kimi maraqlı açıqlama ilə yadda qalıb: "Mən hələ isinmə hərəkətləri edirəm! Yaş (34 yaşı var - red.) sadəcə bir rəqəmdir və sən yalnız hiss etdiyin qədər yaşlısan. Özümü gənc hiss edirəm, çünki bu mövsüm karyeramda ən yaxşılardan biri olub. Gələcəyim haqda narahat olmuram. Ona görə ki, gələcək mən keçirdiyim mövsümdən sonra yaxşı görünür".

Karyerasını ilk dəfə gənclik xəyalları olan Çempionlar Liqasını qazanacağına ümid etdiyini bildirən İbrahimoviç Qətər layihəsinin PSJ-yə BƏƏ layihəsi olan "Çelsi"dən daha tez uğur gətirdiyini açıqlayıb: "Bu layihə 3,5 il əvvəl başlandı. Paris klubunun əvvəlki tarixinə hörmətlə yanaşırıq, ancaq klub qətərlilər ona sahib olandan sonra doğuldu. "Çelsi"nin son 10 illik tarixinə baxaq, onlar Çempionlar Liqasını nə vaxt qazandılar? Çox illər sonra. Biz isə bunu 3,5 ilə gerçəkləşdirə bilərik".

Qeyd edək ki, Londonda keçiriləcək "Çelsi" - PSJ oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Tərəflərin Parisdə baş tutmuş ilk görüşündə PSJ 2:1 qalib gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.