Rusiya Avropa Oyunlarını keçirməkdən imtina etdi

12-03-2016, 00:19           

Rusiyanın idman naziri Vitali Mutko 2019-cu ilin Avropa Oyunlarının ölkəsində keçirilməsi ehtimalını istisna edib.

Bu barədə "Ves Sport” xəbər yayıb.

“Ölkəmizdə 2019-cu ilin heç bir Avropa Oyunları olmayacaq. Əvvəla, Rusiyada böyük idman yarışlarının təqvimi artıq çoxdan yazılıb.

İkincisi, belə böyük yarışların keçirilməsinə ərizə verməyin məqsədəuyğun olmadığı bir sıra səbəblər var – bu, həm cari iqtisadi, həm də siyasi vəziyyətdir.

Avropa Olimpiya Komitələri (EOK) İcraiyyə Komitəsinin nümayəndələri öz şəxsi rəyləri, şəxsi istəklərini ifadə edə bilərlər. Lakin mən təkrar edirəm: biz bu yarışları dəqiq keçirməyəcəyik”, - deyə, nəşr Mutkonun sözlərindən sitat gətirib.

Xatırladaq ki, EOK-un İcraiyyə Komitəsi 2015-ci ilin noyabrında bəyan etmişdi ki, Rusiya 2019-cu il Avropa Oyunlarının keçirilməsinə yeganə namizəddir.

Onu da qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.