Kadırov azərbaycanlı idmançıya vəzifə verdi - Video

15-03-2016, 13:56           
Kadırov azərbaycanlı idmançıya vəzifə verdi - Video
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanda yeni yaradılan "Axmat" Respublika Kikboksinq Klubuna rəhbərlik edəcək.

Report-un məlumatına görə, bu barədə Çeçenistan Prezidenti Ramzan Kadırov bildirib.

O deyib ki, əfsanəvi döyüşçü, "Mauqli" ləqəbli Zabit Səmədovun əvəzsiz təcrübəsi dünya səviyyəli idmançılar yetişdirməyə yardım edəcək. R.Kadırov Z.Səmədovun təyinatını şad xəbər kimi ictimaiyyətə açıqlayıb.

Çeçenistan Respublikasının Kikboksinq Federasiyasının yeni rəhbəri Mohmad-Emi Əhmədov olacaq. R.Kadırov bildirib ki, M.Əhmədov uzun illərdir idmana böyük diqqət ayırır. Bu səbəbdən, o, federasiyanın qısa müddətdə dirçələcəyinə əminlik ifadə edib. Federasiya sədrinin müavini isə Musa Şixabov olacaq.

Qeyd edək ki, gələn ay Çeçenistanda kikboksinq üzrə seçmə turnir keçiriləcək. Yarışlar əvvəlcə rayonlarda, sonra isə Respublika səviyyəsində təşkil olunacaq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.