Azərbaycanlı həkimlər dünyaca məhşur idmançımızı ağır virusa yoluxdurdu
15-03-2016, 23:40
Biz onu, Ayşən Abduləzimovanı voleybol üzrə Azərbaycan yığmasının əsas simalarından biri kimi tanıyırıq. Son günlər ortalıqda görünməməsi xeyli diqqət çəkirdi. Təbii olaraq bu vəziyyət “Ayşən Abduləzimova hardadır?” sualını doğurur. Uzun axtarışlardan sonra idmançı xanımla əlaqə saxlaya bildik. Əldə etdiyimiz məlumatlara görə Azərbaycanda həkim müayinəsindən keçən xanım idmançının qanına Bakıdakı xəstəxanalardan birində həyat üçün təhlikəli virus yoluxdurulub. Hələlik xəstəxananın adını açıqlamayan Ayşən Abduləzimova bildirib ki, indilik bu haqqda danışmaq istəmir: “Mənim indiki durumda olmağım azərbaycanlı həkimlərin səhlənkarlığının nəticəsidir. Mən adi bir problemi həll eləmək, müalicə etdirmək üçün ölkədən çıxmaq istəmədim, amma Azərbaycanın həkimləri mənə daha böyük səhhət problemi yatdılar. Çiynimdə yüngül zədə vardı. Onu aradan qaldırmaq üçün qısamüddətli müalicə kursu keçməli idim. Çiynimdəki problemi həll edə bilmədikləri bir yana, üstəlik qanıma ağır virus saldılar. Həkimlərin diqqətsizliyi üzündən Bakıda olduğum müddətdə qolum tam hərəkətsiz qaldı. Barmaqlarımı belə tərpədə bilmədim. Vəziyyətim çox ağırlaşdı. Məni bu vəziyyətdə boş yerə üç həftə Azərbaycanda saxladılar. Sonradan öyrəndim ki, əslində qalmamalıyam. Üstəgəl müalicəm də düzgün aparılmır. Ölkədə boşu-boşuna saxlanmağım vəziyyətimi hədsiz ağırlaşdırıb. Müainə üçün Türkiyəyə gəldim. Həkimlər dedilər ki, müalicə mərhələsinə yubandığıma görə çiynimdə ağır açıq əməliyyat aparılmalıdır. Əməliyyat uğurla keçsə də azərbaycanlı həkimlərin yaratdığı daha problemim çözülməmiş qalırdı. Qanıma yoluxan virusun yuyulması üçün isə uzunmüddətli müalicə kursu keçməliyəm”. Virusunun yuylması üçün müalicə kursuna başlanıb. Bu çətin olduğu qədər də ağır müalicə mərhələsi idi deyə idmançı bildirib. İndiyə qədər çox böyük məbləğdə vəasit sərf olunduğunu söyləyən müsahibimiz gündə səkkiz dəfə sistem altında yatmalı olduğunu deyib. “İlk mərhələdə sağalacağıma ümidimizi tam itirmişdik, amma indi deyəsən yavaş-yavaş normala dönürəm. Ümid edirəm ki, müalicələrimi bitirib yenidən idmana qayıda biləcəyəm”.
Bizimyol.info