Təbriz komandası özbəklərə məğlub oldu

16-03-2016, 01:48           
Təbriz komandası özbəklərə məğlub oldu
Asiya Çempionlar Liqasında qrup mərhələsinin III turunun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu bu tur Özbəkistanda "Paxtakor"un qonağı olub.

Matçın taleyini bir qol həll edib. Sergeyevin 41-ci dəqiqəsində vurduğu qol "Paxtakor"a minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, məğlubiyyətə baxmayaraq "Traktor Sazi" 6 xalla turnir cədvəlinin ilk pilləsində qalıb. Qrupda ilk qələbəsini qazanan "Paxtakor" isə 4 xallla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.