Runidən "Mançester Yunayted"ə sərt sözlər: "Bunu mənim oyunçularım etsəydi..."

23-11-2021, 20:16           
Runidən "Mançester Yunayted"ə sərt sözlər:
İngiltərə futbolunun ən məşhur simalarından biri Ueyn Runi sabiq komandası "Mançester Yunayted"in futbolçularını sərt şəkildə tənqid edib.

Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, sabiq futbolçu komandanın baş məşqçisi Ole Qunnar Sulşerin "Uotford"a məğlubiyyətin ardından göndərilməsindən sonra fikirlərini açıqlayıb. O bunları söyləyib: "Oyunçular daha çox şey edə bilərdilərmi? 100 faiz. Uotfordda həmin oyunu izləyərkən çox məyus oldum. Baş məşqçi kimi komandanı qura, formalaşdıra bilərsiniz. Lakin bəzilərinin çıxışları üçün heç bir bəhanə yoxdur. Mən oyunçuların qollarını yellədiklərini, topu itirdiklərini və başqalarını günahlandırdıqlarını gördüm. Bu məqbul deyil. Bunu mənim oyunçularım etsəydi, çox qəzəblənərdim. "Mançester Yunayted" ən böyük klublardan biridir. Bu da futbolçulara oynamaq üçün imtiyazlar verir. Demirəm ki, onar Çempionlar Liqasını qazanmalıdırlar, sadəcə, daha çox iş görməlidirlər, azarkeşlərə çalışdıqlarını və oynadıqlarını göstərməlidirlər. Nəticələr fərqli ola bilər, amma ən azı səy göstərməlisiniz. Ser Aleks Ferqüssonun mənə dediyi bir sözü xatırlayıram: "Həyatda ediləcək ən çətin şey hər gün çox çalışmaqdır". Nə edirsən et, bu çox doğrudur".

"Qırmızı şeytanlar" İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində səfərdə "Uotford"a 4-1 hesabı ilə məğlub olduqdan sonra komandanın baş məşqçisi Ole Qunnar Sulşerlə yollar ayrılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.