Çempionlar Liqası: “Çelsi”dən möhtəşəm revanş, “Barselona” “Benfika” ilə bacarmadı - VİDEO

24-11-2021, 08:04           
Çempionlar Liqası: “Çelsi”dən möhtəşəm revanş, “Barselona” “Benfika” ilə bacarmadı - VİDEO
UEFA Çempionlar Liqasınnın V turu çərçivəsində E, F, G və H qruplarında daha altı görüş keçirilib.

Oxu.Az xəbər verir ki, turun mərkəzi qarşılaşması hesab edilən “Çelsi” – “Yuventus” matçı ingilislərin tam üstünlüyü ilə keçib. “Zadəganlar” italyanların qapısından 4 cavabsız qol keçirərək Turindəki 1:0-lıq məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıblar. Həmçinin, Tüxelin yetirmələri qrupda liderliyi ələ alaraq, “Yuve” ilə bərabər növbəti mərhələyə vəsiqəni təmin ediblər.

Qeyd edək ki, “Yuventus” və “Çelsi” ilə yanaşı “Mançester Yunayted”, “Bayern”, “Liverpul” və “Ayaks” klubları da pley-offa vaxtından əvvəl adlayıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, V tur

23 noyabr

E qrupu

“Dinamo” (Ukrayna) – “Bayern” (Almaniya) 1:2


“Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya) 0:0


F qrupu

“Vilyareal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 0:2


“Yanq Boyz” (İsveçrə) – “Atalanta” (İtaliya) 3:3


G qrupu

“Lill” (Fransa) – “Zalsburq” (Avstriya) 1:0


“Sevilya” (İspaniya) – “Volfsburq” (Almaniya) 2:0


H qrupu

“Çelsi” (İngiltərə) – “Yuventus” (İtaliya) 4:0


“Malmö” (İsveç) – “Zenit” (Rusiya) 1:1
oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru