ÇL: “Beşiktaş” və “Borussiya” avrokuboklarla vidalaşıb – Daha 5 komanda 1/8 finalda

25-11-2021, 07:56           
ÇL: “Beşiktaş” və “Borussiya” avrokuboklarla vidalaşıb –
UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Bununla da 1/8 finalın daha 5 iştirakçısı müəyyənləşib.

A qrupunda Almaniya “Leyptsiq”inin Belçikada “Brügge”ni darmadağın etməsi İngiltərənin “Mançester Siti” və Fransanın PSJ klublarını vaxtından əvvəl pley-offa çıxarıb. Bu komandalar arasındakı görüş isə “şəhərlilər”in qalibiyyəti ilə yekunlaşıb.

B qrupunda növbəti mərhələyə vəsiqəni təmin etmiş İngiltərə “Liverpul”u evdə Portuqaliya “Portu”suna qalib gəlib. Digər qarşılaşmada isə İtaliya “Milan”ı İspaniyada Madrid “Atletiko”sunu üstələyib. Bu nəticələrdən sonra pley-offa ikinci vəsiqənin taleyi son tura qalıb.

C qrupunda Niderland “Ayaks”ından sonra pley-offa yüksələn ikinci komanda Portuqaliya “Sportinq”i olub. Evdə Almaniyanın “Borussiya” (Dortmund) klubunu 2 top fərqi ilə məğlub edən Lissabon təmsilçisi adını 1/8 finala yazdırıb. Dortmundlular mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

D qrupunda da 1/8 finalçılar bəlli olub. Molddovada “Şerif” üzərində böyükhesablı qələbə qazanan İspaniya “Real Madrid”i özü ilə yanaşı, İtaliya “İnter”ini də növbəti mərhələyə daşıyıb. Tiraspol klubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

V tur

A qrupu

00:00. “Brügge” (Belçika) – “Leyptsiq” (Almaniya) – 0:5

Qollar: Kristofer Nkunku, 12; 90+3. Emil Forsberq, 17 (pen.); 45+1. Andre Silva, 26

00:00. “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) – 2:1

Qollar: Rahim Sterlinq, 63. Qabriel Jezus, 76 – Kilian Mbappe, 50

Xal durumu: “Mançester Siti” – 12, PSJ – 8, “Leyptsiq” – 4, “Brügge” – 4.

B qrupu

00:00. “Atletiko” (Madrid, İspaniya) – “Milan” (İtaliya) – 0:1

Qol: Junior Messias, 87

00:00. “Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya) – 2:0

Qollar: Tyaqo Alkantara, 52. Məhəmməd Salah, 70

Xal durumu: “Liverpul” – 15, “Portu” – 5, “Milan” – 4, “Atletiko” – 4.

C qrupu

21:45. “Beşiktaş” (Türkiyə) – “Ayaks” (Niderland) – 1:2

Qollar: Raşid Gezzal, 22 (pen). – Sebastyen Allye, 54; 69

00:00. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) – 3:1

Qollar: Pedru Qonsalveş, 30; 39. Pedro Porro, 81 – Doniel Molen, 90+3

Qırmızı vərəqə: Emre Can, 74 (“Borussiya”)

Xal durumu: “Ayaks” – 15, “Sportinq” – 9, “Borussiya” – 6, “Beşiktaş” – 0.

D qrupu

21:45. “İnter” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 2:0

Qollar: Edin Ceko, 61; 67

00:00. “Şerif” (Moldova) – “Real Madrid” (İspaniya) – 0:3

Qollar: David Alaba, 30. Toni Kroos, 45+1. Kərim Benzema, 55

Xal durumu: “Real Madrid” – 12, “İnter” – 10, “Şerif” – 6, “Şaxtyor” – 1.

23:37
UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 2 oyunu keçirilib.

C qrupunda Türkiyə “Beşiktaş”ı pley-offa vəsiqəni ötən turda rəsmiləşdirmiş Niderland “Ayaks”ını qəbul edib. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. “Qara qartallar” 22-ci dəqiqədə Raşid Gezzalın penaltidən vurduğu qolla fasiləyə üstün yollansa da, ikinci hissədə qapısında 2 top görüb. 54-cü və 69-cu dəqiqələrdə fərqlənən Sebastyen Allye qonaqlara qələbə qazandırıb. Bu nəticədən sonra “Beşiktaş” 3-cü yeri tutaraq, Avropa Liqasının pley-offuna düşmək şansını itirib və avrokuboklarda mübarizəni dayandırıb. “Ayaks” isə qələbə sayəsində qrup liderliyini təmin edib.

D qrupunda İtaliya “İnter”i evdə Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn meydan sahibləri hələlik liderliyə yüksəlib. Qrupun digər matçında İspaniya “Real Madrid”i Moldovada “Şerif”i üstələyərsə, həm özü, həm də Milan təmsilçisi 1/8 finala vəsiqə qazanacaq. Tiraspolda mümkün heç-heçə də “İnter”i pley-offa çıxaracaq. “Şaxtyor” isə bu məğlubiyyətdən sonra avrokuboklarla vidalaşıb.

C qrupu

21:45. “Beşiktaş” (Türkiyə) – “Ayaks” (Niderland) – 1:2

Qollar: Raşid Gezzal, 22 (pen). – Sebastyen Allye, 54; 69


00:00. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)

Xal durumu: “Ayaks” – 15 (5 oyuna), “Borussiya” – 6, “Sportinq” – 6, “Beşiktaş” – 0 (5).

D qrupu

21:45. “İnter” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 2:0

Qollar: Edin Ceko, 61; 67


00:00. “Şerif” (Moldova) – “Real Madrid” (İspaniya)

Xal durumu: “Real Madrid” – 12, “İnter” – 10, “Şerif” – 6, “Şaxtyor” – 1.

Qeyd edək ki, hələlik “Ayaks”la yanaşı, Almaniyanın “Bavariya”, İtaliyanın “Yuventus”, İngiltərənin “Liverpul”, “Mançester Yunayted” və “Çelsi” klubları 1/8 finala yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru