“Real”ın futbolçusu Qaret Beyl Madrid klubunuun tarixinə düşüb.
Qol.az-ın məlumatına görə, uelsli futbolçu ötən gün "Sevilya" ilə matçda (4:0) La Liqada 43-cü qoluna imza atıb.
Beyl bu göstəri ilə La Liqanın ən məhsuldar britaniyalısı olub.
Bundan əvvəlki rekord 1986-1989-cu illərdə "Barselona"nın şərəfini qorumuş ingilis hücumçu Qari Linekerə məxsus olub. O, Kataloniya klubunda 103 oyuna 42 qol vurub.