Cerrard tarix yazdı

28-11-2021, 12:38           
Cerrard tarix yazdı
Stiven Cerrard yeni klubu "Aston Villa" tarixində ən yaxşı məşqçilik startlarından birini keçirib.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, ingilis mütəxəssis komandanın tarixində iki qalibiyyətlə başlayan ikinci məşqçi olub.

Xatırladaq ki, Cerrard debüt oyununda "Brayton"a 2:0, ikinci görüşdə “Kristal Pelas”a 2:1 hesabı ilə qalib gəlib.

"Aston Villa"da ardıcıl iki qələbə ilə başlayan ilk məşqçi 1997/98-ci ilin ortalarında Con Qreqori olub.

Hazırda "Aston Villa" Premyer Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.