Gürcüstanın keçmiş baş naziri "Liverpul" klubunun sahibi oldu
25-03-2016, 01:16
Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili İngiltərənin “Liverpul” futbol klubunun sahiblərindən biri olub.
Virtualaz.org Gürcüstanın "Futbol" nəşrinə istinadən bildirir ki, o, klubun səhmlərinin 7 faizini əldə edib. Amma gürcü oliqarxın bunun üçün nə qədər pul ödədiyi hələlik məlum deyil. Yeri gəlmişkən, bu faktın özü də hələ rəsmən təsdiqlənməyib.
Xatırladaq ki, "Forbes"in məlumatına görə, hazırda İvanişvilinin 4,8 milyard dollarlıq sərvəti var və o, Gürcüstanın ən varlı adamıdır.