Premyer Liqanın ən yaxşı oyunçusu seçildi

14-01-2022, 17:57           
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə Premyer Liqasında 2021-ci ilin dekabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq layiq görülüb. 27 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə hamını qabaqlayıb.

İngiltərə millisinin üzvü Joao Kanselo ("Mançester Siti"), Ceyms Meddison ("Lester"), Qabriel Martinelli, Martin Odeqaard (hər ikisi Arsernal"), Meyson Mount ("Çelsi") və Son Hyunq-Minin ("Tottenhem") də daxil olduğu yeddi nəfərlik siyahıda birinci olub.

Qeyd edək ki, Rahim Sterlinq dekabr ayında "Mançester Siti"nin heyətində 5 Premyer Liqa matçında 5 qol və 1 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru