XXI əsrdə ən çox het-trik edən futbolçular açıqlanıb

14-05-2022, 09:59           
XXI əsrdə ən çox het-trik edən futbolçular açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox het-trik edən oyunçuların siyahısını açıqlayıb.

"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldu birinci pillədə qərarlaşıb.

37 yaşlı forvard karyerası ərzində 60 dəfə buna nail olub.

Fransa PSJ-sində çıxış edən Argentina yığmasının ulduz futbolçusu Lionel Messi (55) ikinci, Maldiv seçməsinin və "İqlz" klubunun üzvü Əli Aşfak (35) üçüncü sırada yer alıb.

İlk "5-liy"i Almaniya "Bavariya"sında çıxış edən polşalı Robert Levandovski (30) və İspaniyanın "Atletiko" (Madrid) komandasından uruqvaylı Luis Suares qapayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru