Avropa Liqasında III təsnifat mərhələsininin ilk oyunları keçirildi

5-08-2022, 10:05           
Avropa Liqasında III təsnifat mərhələsininin ilk oyunları keçirildi
UEFA Avropa Liqasında 2022/2023 mövsümünə start verilib.

Tturnir III təsnifat mərhələsininin ilk oyunları ilə başlayıb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutub.

Artıq xəbər verdiyimiz kimi, gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə gerçəkləşib. “Fənərbağça” Çexiyanın “Slovaçko” komandasını darmadağın edib - 3:0.

Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan Azərbaycan təmsilçisi “Qarabağ”ın Avropa Liqasının pley-offundakı potensial rəqibləri olan İrlandiyanın “Şemrok Rovers” və Şimali Makedoniyanın “Şkupi” klubları Dublində üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Köhlən atlar” ÇL-də Macarıstan “Ferentsvaroş”unu keçə bilməsə, bu cütün qalibi ilə qarşılaşacaq.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

4 avqust

AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) - 2:1

Qollar: Anhel Qarsiya, 34. Xrvoe Miliçeviç, 70 - Kvensi Meniq, 18

"Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq) - 3:0

Qollar: İsaak Telin, 51. Ula Toyvonen, 81. Belko Birmançeviç, 85

Qırmızı vərəqə: Şarl Morren, 31 ("Düdelanj")

"Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Çexiya) - 3:0

Qollar: Emre Mor, 17. Linkoln Enrike, 45+2; 81

Qırmızı vərəqə: Stanislav Hofman, 48 ("Slovaçko")

"Maribor" (Sloveniya) - HİK (Helsinki, Finlandiya) - 0:2

Qollar: Devid Braun, 47. Boyan Raduloviç, 64

"Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə) - 0:2

Qollar: Tosin Ayequn, 8. Vilfred Qnonto, 64

"Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) - 3:1

Qollar: Qrehem Burk, 13 (penalti). Dilan Uotts, 29. Qari Onill, 90+7 - Keven, 77

Qırmızı vərəqə: Valid Həmidi, 84 ("Şkupi")

"Olimpiakos" (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya) - 1:1

Qollar: Yusuf El-Arabi, 87 - Andre Qrin, 63

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru