Vitali Kliçko 25 illik evlilikdən sonra boşanır

16-08-2022, 00:08           
Vitali Kliçko 25 illik evlilikdən sonra boşanır
Ukraynanın Kiyev şəhərinin meri Vitali Kliçko həyat yoldaşı Natalya ilə boşandığını açıqlayıb.

O, uzun illərdir ki, müxtəlif ölkələrdə yaşadıqlarını, ona görə də boşanmanın münasibətlərinin məntiqi yekunu olacağını bildirib.

Eyni zamanda, Kliçko bildirib ki, boşansa da, həyat davam edir:

“Uzun illərdir fərqli maraqlar, fərqli həyatlar yaşayırıq. Biz bunu rəsmiləşdirməyə qərar verdik. Bu, hər iki tərəfin istəyidir. Bizim hələ də yaxşı münasibətlərimiz var, bir-birimizə hörmət edirik, uşaqlar artıq böyüyüblər və həyat davam edir.

Kiyev meri əlavə edib ki, hazırda onun ürəyi boş deyil. Amma o, yeni sevgilisi olub-olmadığını deməyib, yalnız Kiyevə sevgisini etiraf edib.

Xatırladaq ki, Vitali Kliçko və Natalya 1997-ci ildə evləniblər. Onların bu evlilikdən üç övladı - iki oğlu və bir qızı var. Son bir neçə ildə Natalya Almaniyada, Kliçko isə Ukraynada yaşayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.