“Ronaldonun evində 2 saat onun gələcəyini müzakirə etdik”

29-09-2022, 09:28           
“Ronaldonun evində 2 saat onun gələcəyini müzakirə etdik”
Tanınmış psixologiya professoru və yazıçı Cordan Peterson “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə görüşündən danışıb.

Qol.az xəbər verir ki, o, jurnalist Piers Morgana müsahibəsində bildirib:

“Ronaldo kitabımı oxuduqdan sonra mənimlə danışmaq istədiyini bildirdi. Mən onun evinə getdim. İki saata yaxın söhbət etdik. O, mənə fiziki formasımı saxlamaq üçün istifadə etdiyi avadanlıqları göstərdi, şirkətləri haqqında danışdı. Əsasən onun gələcəkdən nə istədiyini, bu yolda qarşılaşacağı maneələri müzakirə etdik. Deyərdim ki, strateji söhbətimiz oldu”.

Bu yay 37 yaşlı Ronaldo Çempionlar Liqasında çıxış edən klubda oynamaq istədiyi üçün “Mançester Yunayted”dən ayrılmaq istəyib. Lakin sonradan o, fikrindən daşınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru