DÇ-2022: Favoritlər bəlli olub

17-11-2022, 00:00           
DÇ-2022: Favoritlər bəlli olub
Böyük Britaniyanın Opta statistika şirkəti bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının favoritlərini açıqlayıb.

"Report"un məlumatına görə, süni intellektlə əsaslanan araşdırmada Braziliya millisi bütün rəqiblərini qabaqlayıb. "Sambaçılar"ın dünya çempionu olmaq şansları 15,8 faiz qiymətləndirilir.

İkinci pillədə Argentina yığması (12,6 faiz) qərarlaşıb. İlk üçlüyü 12,2 faizlə Fransa tamamlayır.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.